"7eynal" bloquna xoş gəldiniz!

Mən Zeynal

"7eynal" bloqunun qurucusu və müəllifiyəm.

Nəsə axtarırsınız??

"7eynal" bloqunu izləməyə davam edin!

Yeni xəbərlərdən İLK Sən xəbərdar ol!

+994 55 646 58 25 (WhatsApp)

7eynal Rəsmi Bloq səhifəsinə xoş gəlmisiniz...

24 Haziran 2017 Cumartesi

Cəmisi 1 dollar 98 sent. İnsan dediyimiz budurmu?


Çəkisi 70-80 kq olan insanın orqanizimində 45,5 kq oksigen, 12,6 kq karbohidrat, 7 kq hidrogen, 2,1 kq azot, 1,4 kq kalsium, 700 qr fosfor var. Bütünlükdə digər elementlər isə (kalium, kükürd, natrium, xlor, maqnezium, dəmir və sink) təxminən 700 qram təşkil edir. Bu "var-dövlətin" hamısı amerikalıların hesablamalarına görə cəmisi 1 dollar 98 sentə bərabərdir.
İnsan orqanizmində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqram təşkil edir.
BMT ekspertlərinin məlumatına görə, A vitamininin çatışmazlığı üzündən hər il dünyada 2 milyona yaxın 5 yaşında uşaq ölür.
Dörd yaşlı uşaq gün ərzində təxminən 450 sual verir.
İnsan sutka ərzində təxminən 23 min dəfə nəfəs alıb verir.
Bir saniyə ərzində insanın beynində 100 min kimyəvi reaksiya baş verir.
İnsan səhər tezdən axşama vaxtına nisbətən səkkiz mm hündür olur.
İnsanın 20 süd dişi var.
Mövcud olan məlumatlara əsasən 1967-ci ildən 1988-ci ilə qədər Zimbabvenin Bindura şəhərindən olan K.Kilner hamıdan çox, 565 939 ədəd həb dərman içib.
1923-cü ildə Böyük Britaniyalı Samuel Devidsona ən azı 78 900 insulin inyeksiyası vurulub.
Təcrübələr zamanı çılpaq kişilərin dözdüyü ən isti hava şəraiti 204 dərəcəyə, geyimli vəziyyətdə isə 260 dərəcəyə çatıb. Bifşteksin qızarması üçün yalnız 163 dərəcə lazımdır. Buna nisbətən daha asan dözülən hərarət saunalardadır: 140 dərəcə.
Haon adlı bir şəxs dayanmadan 2500 ədəd oxuduğu kitabı xatırlayıb.
Usta toxucu qara rəngin 100 çalarını seçə bilir.
Skeletdə 200 sümük və 630 skelet əzələsi var.
Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdığı zaman isə saatda 170 kilometr təşkil edir.
Bakteriyaların çoxu ziyansızdır, onların əksəriyyəti isə bizə sadəcə lazımdır. Onlar insanın bağırsağında B2 və R vitaminlərini istehsal edirlər. Bakteriyaların köməyi ilə şərab, pivə, turş süd məhsulları, xəmir və s.hazırlayırlar. Bakteriyalar çirkab sularını təmizləyir. Neftin, qazın və sellülozun təmizlənməsində də bakteriyalardan istifadə olunur. Çox təəssüf ki, yuyucu tozların və sabun reklamlarının nəticəsində bakteriyalar yalnız ziyanlı bir şey kimi tanınır.
Yalnız kəllə beyninin qabığında 16 milyarda yaxın sinir hüceyrələri mövcuddur, onların hər biri neyron və dendrit toru ilə 20 min başqa hüceyrələrlə bağlıdır. Bu o deməkdir ki, beynimizdə hüceyrələrin mümkün ahənginin, yer dəyişməsinin və digər hüceyrə kombinasiyalarının sayı bizim tanıdığımız kainatın molekulalarının sayından çoxdur.
İyimi ölkədə keçirilən çoxillik təcrübələrin nəticələrinə əsasən bəşəriyyət ağıllanır. İntellektin yoxlanılması üçün müntəzəm olaraq keçirilən testlər göstərir ki, hər növbəti nəslin intellekt əmsalı keçmiş nəslinkinə nisbətən 5-25 vahid çoxdur.
Yaponiyada keçirilmiş təcrübələr göstərir ki, saunada iki həftə ərzində hər gün 60 dərəcədə keçirilən 15 dəqiqəlik seanslar xroniki ürək çatışmazlığından əziyyət çəkən insanların damar divarlarını və ürək fəaliyyətini yaxşılaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyanın bütün xəstəxana çarpayılarının yarısı çirkli sudan xəstələnmiş pasientlərlə tutulub.
Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir.
Körpənin doğulduğu an onun başının çəkisi ümumi çəkinin dörddə birini təşkil edir.
Şəhadət barmağı insan əlinin ən hissiyatlı barmağıdır.
İnsan tükü qurğuşundan, misdən, platindən möhkəmdir və möhkəmliyinə görə yalnız poladla rəqabət apara bilər. 0.05 millimetr qalınlığı olan tük 100 qr yükü saxlaya bilər. Qadın hörüyü orta hesabla iki yüz min tükdən ibarətdir və asanlıqla 20 tonluq yükə dözür.
Otuz yaşdan başlayaraq insanın əsas beyin ölçüləri azalır. Kişilərin beyninin çəkisi 20-29 yaşlarında, qadınlarda isə 15-19 yaşlarında maksimal ağırlıqda olur.
İnsan bədəninin tüklərinin yalnız 2 faizi başının payına düşür.
İnsan orqanizmi hər il 519 litrə qədər tüpürcək istehsal edir.
İldırım nəticəsində ölmüş insanların 85 faizi kişilərdir.

Araşdırmaları ilə Avropanı mat qoyan azərbaycanlı professor kimdir?


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən "Azərbaycan Vikipediya"sında Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina haqqında məqalə yaradılıb.
Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:

21 Haziran 2017 Çarşamba

3000-ə yaxın yazı fontları (XÜSUSİ ARXİV)


3000-ə yaxın yazı fontları (XÜSUSİ ARXİV)

YÜKLƏMƏK ÜÇÜN AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ EDİN:

Məşhurların keçmişdən bu günə - İnanılmaz dəyişimi

Məşhurların keçmişdən bu günə - İnanılmaz dəyişimi

Türk məşhurların keçmişdən bu günə necə dəyişdiyini göstərən fotoları:
Beyazıt Öztürk


Alişan

Kıvanç Tatlıtuğ

Nejat İşler

Kenan Doğulu

Cem Yılmaz

Serdar Ortaç

Murat Boz

Özcan Deniz

Tarkan

Mustafa Sandal

Mehmet Günsür

Mehmet Aslantuğ

Kenan İmirzalıoğlu

Hakan Ural

Hakan Peker

Fikret Kuşkan

Bax gəldin həyatıma, sevginin qədrin bilək - Fərqanə Yusifqızının şeirləri

Bax gəldin həyatıma, sevginin qədrin bilək - Fərqanə Yusifqızının şeirləri

Şairə Fərqanə Yusifqızının şeirləri:
TƏNHA QADIN

Xəyal qurma boş-boşuna,
Suya düşər xəyalların..
Az sənindi, çox istəmə,
Qapanmaz ki yaraların...

Nəyin var ki bu dünyada
Bircə kölgən, bir də adın,
Xəyal qurma,
özünə gəl,
Dərdinlə qal, tənha qadın...

Bir kimsənin həniri yox,
Zülmət dolar otağına.
Qalın geyin, üşüyərsən,
Qar yağacaq yatağına.

QALARSANMI MƏNİMLƏ

Heç özüm də bilmirəm hardan çıxdın qarşıma,
Sən Allah, bundan belə bəla olma başıma,
Ürəyim çoxdan susub, baxma cavan yaşıma,
Baxma sığal telimə, kirpiyimə, qaşıma,
Eləcə uzaqdan sev, axı eşqdən qorxuram,
Eşq adlı xəstəliyə bilmədən yoluxaram.
Ya sevsəm, ömür boyu sevincimlə, qəmimlə,
Qalarsanmı mənimlə?

Bəlkə də, incidərəm qəfildən ürəyini,
Ya da heç qorumaram evinin dirəyini,
Əlini uzat mənə, tutarsam biləyini,
Yenə də sevərsənmi bu ərköyün dəlini?
Deyərsənmi, əzizim, sənsən qolum-qanadım,
Bu həyat yollarında sənlə çəkilsə adım,
Fırtınalı dənizdə üzərsənmi gəmimlə,
Qalarsanmı mənimlə?

Niyə axı gecikdin, hardaydın bu vaxtadək,
Mənə yetişincə sən, qəmlə doldu bu ürək?
Bax gəldin həyatıma, sevginin qədrin bilək,
Uçaq sənlə səmaya, göylərdən ulduz dərək.
Deyək ki, xoş gəlmisən, ay gecikən sevdamız,
Qoy birləşsin səninlə damarlarda qanımız.
Desəm əgər əbədi var olacam səninlə,
Qalarsanmı mənimlə?

DARIXMAQ

Darıxmaq nədir,
deyim?
- Hisslərin ən zalımı.
Bir anda havalanıb,
Küçələrə düşməkdi.
Gözünü uzun müddət,
Məchulluğa zilləmək.
Sonra
dərbədər gəzib,
Zülüm-zülüm inləmək.
Darıxmaq,
inan, bəzən
Əllərini unutmaq.
Yaddaşın qan gölündə
Boğulmaqdı, məsələn.
Günəş işıq saçsa da,
Başına yağar dolu,
Gedirsən evə sarı,
Azırsan amma yolu.
Darıxmaq nədir,
deyim?
- Darıxmaq eyni ada
Təkrar-təkrar dönməkdi.
Hər gün nəfəs alsan da,
Təkrar-təkrar ölməkdi...

QONAQ ET MƏNİ

Bircə dəfə qonaq et
Məni gözəl qəlbinə.
Qalım orda bir günlük,
Bir saatlıq, bir anlıq.
Sığınıb ürəyinə
Kimsəsiz uşaq kimi.
Tərk eləsin məni qəm,
Nura dönsün qaranlıq.

Qonaq et bircə dəfə
məni qara gözünə.
Ordan hərdən boylanım
Yaraşıqlı üzünə.
Kirpiklərin çətirim
Olsun yağış yağanda.
Azım yolumu yenə
Qarasında, ağında.

Qonaq et bircə dəfə
Məni nağıl dünyana,
Sən ağ atlı şəhzadəm,
Mən də olum Şəhrizad.
Cənnətə dönsün birdən
Gözlərimizdə həyat.
Qonaq olum ömürlük
Sənin sevgi yuvana,
Qalım orda həmişə,
Qoy getməyim heç yana.

ÇAĞIR MƏNİ

Hardasan, bir zəng elə,
Yenə sənsiz qalmışam,
De ki, özümə köynək,
Sənə daraq almışam.

Çağır məni, əzizim,
Birlikdə yemək yeyək.
Yemək dadsız olsa da,
“Yaman dadlıdı” deyək.

Çağır məni söhbətə,
Danışaq boş-boşuna.
Ayrılanda deyim ki,
Söhbət gəldi xoşuma.

Bir bəhanə tap yenə,
Bu gun sənlə görüşək.
De ki, çay dəmləmişəm,
Soyumadan gəl içək.

Sonra da bir qorxulu,
Filmə baxaq səninlə.
Qorxum evə getməyə,
Sən də qal bu dəlinlə.

Səhər açılanda de,
Axı bu gün bazardı.
Gəzib bütün şəhəri,
Evin yolun azaydıq.

Yetər ki, çağır məni,
Tut əlimdən, əzizim.
Ömrünün kandarından
Silinməsin heç izim.

KİRPIKLƏRİN QOVUŞMASIN

Dünya boyda sevdim səni,
Dünyanın xətri qalmadı.
Üzüm, gözüm su içində,
Göydən bir damla yağmadı.

Hara getsən, içimdəsən,
Hıçqırıqsan ürəyimdə.
Göz yaşımın izi qalıb
Qəribsəyən, boş çiynində.

Gecələri yerlə göyün,
Çırpınıram qarasında.
Kirpiklərin qovuşmasın,
Mən qalaram arasında.

ÇAĞIRMA

Barmağının ucuna,
toxuna bilmərəm ki,
Toxunsam, qəlbimdəki həsrətinmi bitəcək?
Sənə olan hissimi
söyləyə bilmərəm ki,
Söyləsəm, bu sevginin gözəlliyi itəcək...

Dayanıb boylanıram
pəncərənə sakitcə,
Burda təkcə mən varam,
Bir də sənə həsrətim.
Gecənin qaranlığı, bir gə musiqi səsi,
Kimsə nəğmə söyləyir: “gecikən
məhəbbətim”...

Daha bir də ürəkdən,
çağırma gəl yanına.
Necə gəlim axı mən, qınayar ellər məni.
Səndən xəbərsiz belə,
kölgəni görsəm, yetər,
Mən əsrin Leylisiyəm, gözləyir çöllər məni…
Qoy itim ilim-ilim, aparsın yellər məni...

YANINA GƏLƏCƏM...

Yanına gələcəm qərib bir axşam,
sadəcə, sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də, sənin
çoxdan gözlədiyin bir kəlmə sözlə.

Payız axşamında gələcəm, bəlkə,
bir leysan yağışda islansın tənim.
Titrək addımlarla,
gözlərimdə nəm,
gəlib dayanacam qapında sənin.

İsti otağına nəzər salacam,
Deyəcəm, narahat etdim, bağışla.
Sənin toxunduğun doğma əşyalar
Məni salamlayar kövrək baxışla.
Sənə söyləyəcək cox sözüm varkən,
Nitqim quruyacaq, sözlər itəcək.
Beləcə sübhədək susub duracam,
Səhər açılacaq,
nağıl bitəcək...

Yanına gələcəm bir qərib axşam,
Sadəcə, sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də, sənin
çoxdan gözlədiyin bir kəlmə sözlə..
DAHA NƏ YAZIM

Daha səndən yazmıram,
Nə yazım ki,bilmirəm.
Hər kəs səni soruşur,
Mənsə susub dinmirəm

Hənirin itib evdən,
Hicran yuyub izini,
Oturmuşam bir küncdə,
Qucaqlayıb dizimi.

Daha səndən yazmıram,
Şaxta vurub ruhumu.
Sən gedəli hər gecə,
Qarışdırram yuxumu.

Axşamlar gəlməyəssən,
İşığı yandıranda,
Ayaqqabın görünməz,
Qapının kandarında.

Axı,nə yazım səndən?
Sən olmayan günlərdən?
Sildin əlimin izin,
O dönük əllərindən.

Bu ev,həyət,bu dalan,
Sızıldayır möhnətlə.
Qonşu qızı boylanmır,
Arxamızca həsrətlə.

Axı nə yazım səndən?
Vida dolu bir roman.
Səndən yoxdur nə sevgi,
Nə də təsəlli uman.

Get qayıtma geriyə,
Vur ömrü mənsiz başa.
Yer yoxdu ürəyimdə,
Sənin tək bağrıdaşa.

Gülüş həm də sağlamlıqdır

Gülüş həm də sağlamlıqdır

Çoxlarımıza elə gəlir ki, gülüş insanın yalnız xoş əhvalı, xoş ovqatı deməkdir. Əsla yox.
Gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir. Bəs bu amillər hansılardır?
1. Gülmək insanı stressdən, depressiyaya düşmək təhlükəsindən xilas edir
2. İnsan gülüşü zamanı orqanizmdə artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır.
3. Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Belə ki, insan gülən zaman üz dərisində və qarın nahiyəsində əzələlər daima hərəkətdə olur. Daha dəqiq desək əzələlərin gimnastikasına səbəb olur.
4. Beş dəqiqəlk sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir.
5. İnsan güldüyü zaman dərindən nəfəs alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə rahatlıq gətirir.
6. İnsan gülən zaman qanda şəkərin səviyyəsi aşağı düşür. Odur ki, şəkərli diabetdən əziyyət çəkənlərə daha çox gülmək məsləhətdir.
7. Gülmək orqanizmin immun sistemini gücləndirir.
8. Qan təzyiqi olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini ölçsələr gülüşün xeyrini hiss edəcəklər.
9. Gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti gücləndirir.
10. Ən başlıcası olaraq insan gülüşü ətrafdakı insanlara da xoş əhval bağışlayır.
Təbii ki, düşünəcəksiniz - səbəb olmadan necə gülmək olar? Ancaq siz əksinə düşünün - gülməyimizə mane olan nədir? İlk növbədə uzun-uzadı ürək üzən seriallardan, xoşagəlməz söhbətlərdən, sosial problemlər haqqında dərindən düşünməkdən uzaq olun. Gün ərzində sizə mənfi təsir göstərən tıxacların, növbələrin və s. bu kimi halların gərginliyini canınızdan çıxarmaq üçün komediya janrında filmlərə baxın, lətifələr oxuyun, əyləncəli jurnalları mütaliə edin, ən başlıcası isə doğmalarınızla zarafatlaşın. Bir də ən əsası odur ki, gülən zaman güzgüyə baxın. Onda əmin olacaqsınız ki, gülüş sizi nə qədər gözəl və nə qədər cazibədar göstərir. Odur ki, gülüş üzünüzdən əskik olmasın. Amma bir şərtlə. Özünüzü şit-şit gülməkdən və üzünüzə şit-şit gülənlərdən qoruyun.

Bu hərəkətlər qadınları əsəbiləşdirir - KİŞİLƏR, BİLİN

Bu hərəkətlər qadınları əsəbiləşdirir - KİŞİLƏR, BİLİN

Bütün insanlar kimi, kişilər də ideal deyil. Hər kəsin yaxşı və pis, çatışan və çatışmayan xüsusiyyətləri var. Lakin elə davranışlar var ki, ətrafdakı insanı əsəbiləşdirə bilər. Söhbət cütlüklərdən gedirsə, vəziyyət bir az da gərginləşir. Çünki ər və arvad vaxtlarının çoxunu bir yerdə keçirirlər və bir-birinin xarakterini bilirlər. Bəs bunların hamısına dözmək mümkündürmü?
1. Televizor izlərkən burnunu qurdalamaq. Üstəlik, burundan xaric edilənləri ora-bura yaxmaq. Kim təmizləyəcək onları?
2. Ayaqlarını aralayıb oturmaq. Diz qapaqları tərs istiqamətlərə doğru, dizləri qatlayıb yüngülcə yayxanmağın məqsədi əslində penisi yerləşdirməkdir. Sanki tualetə gedir.

3. "Bir çay qoy içək". Axşam ev işləriylə məşğul olan qadına "hazır ayaq üstəsən. Yeməyi qazın üstünə qoy, bir stəkan da çay ver" demək. Bəlkə heç olmasa çayı özünüz qızdırasınız?!

4. Çıxardığı qazla qürur duymaq. Tualetə də gedə bilər, balkona da çıxıb qazını çıxa bilər. Lakin bu təbii ehtiyacı niyə evdə edib, üstəlik gülə-gülə sevinmək, qürur duymaq?!

5. Ucadan gəyirmək. Bir satirik jurnalın karikaturasına mövzu ola biləcək davranışdır. Amma daş dövrünə aiddir. İnsan niyə bərkdən gəyirməyi ilə qürurlansın ki?!

6. Boş qazan. Axşam yeməyi yeyilir, üzərindən çay içilir. Qadın ertəsi günə yemək olduğunu düşünərək, xoşbəxt yatır və səhər qazanı ocağın üzərində içi boş görür.

7. "Pultu mənə ver". O, televizorda nəyə baxmaq istəyirsə, hamı ona baxmaq məcburiyyətindədir. Çünki əmindir ki, evdə heç kim onun sözündən çıxmayacaq.

Sevgilinizə yalan danışmısınızsa, könlünü belə alın

Sevgilinizə yalan danışmısınızsa, könlünü belə alın

Cütlüklər arasında münasibətlərin güclü olması və sağlam şəkildə davam etməsi üçün güvənə ehtiyac var. İstər kiçik, adi, istər maliyyə mövzuları və ya sədaqət kimi daha böyük mövzular olsun, yalan söyləmək münasibətlərin ehtiyacı olan güvən faktorunu azaltmağın başlıca səbəblərindən biridir.
Əgər münasibətlərdə güvən itirilərsə, sonra onu yenidən qazanmaq bəzən qalxması qeyri-mümkün olan bir dağ kimi görünə bilər. Ancaq yalan söylədikdən sonra münasibəti bərpa etmək səmimiyyət və bağlılıqla mümkündür.
Əvvəlcə söylədiyiniz yalanların hamısını dürüstcə etiraf edin. Bir hissəsini gizli saxlamaq və ya detallarını açıqlamamaq fikrindən vaz keçin. Çünki bu detallar vaxt keçdikcə özünü göstərir və bu dəfə nəticələr daha da pis ola bilər. Fürsətiniz olduğu zaman tamamilə dürüst olmadığınız üçün daha da etibarsız bir insan imici yaradarsınız. Etibarlı biri olduğunuzu tərəf müqabilinizə yenidən xatırladın və bunu bir daha nümayiş etdirin. Bu mərhələdən sonra verdiyiniz sözlərə əməl etmək, tərəf müqabilinizin ehtiyacı olduğu zaman əlçatan olmaq bunun yollarından biridir. Sizə güvənə biləcəyini göstərmək üçün ona zəng edəcəyinizi söylədiyiniz vaxtda zəng edin və tarix mövzusunda səmimi olun.
Yalan söylədikdən sonra onu incitmiş ola biləcəyinizi qəbul edin. Tərəf müqabilinizin bu mövzudakı hisslərini paylaşmasına imkan verin. Çətin mövzulardan qaçmayın və az keçməmiş bu mövzuları yenidən gündəmə gətirməyin.
Tərəf müqabilinizin bu problemin öhdəsindən gəldiyinizi fərq edənə qədər onunla ünsiyyətə girməkdən çəkinməyin. Onun sərhədlərinə hörmət edin və gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq üçün sizin gözləmədiyiniz mövzularda da açıq olun. Yerinə yetirə bilməyəcəyiniz söz verməyin.
Əgər yalan söyləmək sizin üçün hər zaman bir problemdirsə, mütəxəssisə müraciət edin və bu pis vərdişdən azad oldun. Yalan söylədikdən sonra tərəf müqabilinizin özünə gəlməsi üçün ona vaxt verin və bu müddətdə səbirli olun.

Kişilər qadınları niyə qısqanırlar? - 5 ƏSAS SƏBƏB

Kişilər qadınları niyə qısqanırlar? - 5 ƏSAS SƏBƏB

Qısqanclıq daha çox kişilərdə rast gəlinən haldır. Bəzən kişilərin qısqanclığı ailənin dağılmasına da gətirib çıxarır. Müasir dövrdə evlilik və münasibətlərdə böyük problemlərə yol açan qısqanclıq hissi şiddət və vəhşiliklərə səbəb olur. Münasibətlərin başlanğıcında bərabərliyin güclənməsi üçün faydalı olsa da, bir müddət sonra insanın düşüncəsini alt-üst edir. Bəs kişilər niyə qısqanır? Mütəxəssislər kişinin həddindən artıq qısqanclığının 5 əsas səbəbini təsnifatlandırıb.
Qadından yaşlıdır
Kişi yaşlıdır və gənc sevgilisinin, həyat yoldaşının daha gənc birindən xoşu gəlməsindən ölənə qədər qorxur.
Aldadır
"Kişi qarşısındakını özü kimi bilir" sözü əbəs yerə deyilməyib. Özü hər fürsətdə aldadan kişi, əlbəttə, birlikdə olduğu qadının onu aldatmasından qorxar.
İqtidarsızlıq
Ereksiya problemi olan kişi hər zaman birlikdə olduğu qadının ona xəyanət etdiyini düşünür. Bunun bir problem olduğunu qəbul edib tibbdən faydalanmaq əvəzinə qısqanclığı ilə qadını doğulduğuna peşman edir.
Özünü bəyənmir
Güzgüyə və ya digər kişilərə baxdıqda özünü bəyənmir. Bu zaman isə çatışmazlıqlarının əsəbini yanındakı qadından çıxır.
Eynicinslilik
Əslində kişiləri arzulayır. Lakin ictimai qınaqdan qorxaraq xanımlarla görüşür. Günlərin bir günü artıq ayrılmaq istəyir. Ancaq bu ayrılığa ağlabatan səbəb gətirə bilmir. Qısqanclıq davranışları nümayiş etdirməyə başlayır və qarşısındakını bezdirir.

“Facebook” haqqında əsas və maraqlı faktlar

 “Facebook” haqqında əsas və maraqlı faktlar

2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan Facebook daha çox insan reallığına inteqrasiya edir. Facebook-un hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.
Əsas faktlar:
- Facebook-da 1 milyarddan çox insan qeydiyyatdan keçib.

- Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur.

- Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri gənclərə qoşulur.

- Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir (Nə haqda düşünürsən?).

- Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

- İstifadəçilər “Paylaş” düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

- Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.

- Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

Maraqlı faktlar:
- 70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir.

- 65 milyondan çox istifadəçi Facebook-dan mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.

- ABŞ psixoloqları yeni “Facebook-asılılıq” (FAD) adlı diaqnoz haqqında məlumat veriblər.

- Facebook-un yaradıcısı Mark Zukerberq dünyanın ən gənc milyarderi hesab olunur.

- 2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə “Facebook”un xərclədiyindən daha çox pul qazandığını elan edib.

- Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebook-da dost olmağı qadağan edib.

- Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.

- Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebook-da onların profillərinə baxırlar.

- Rusiyanın investisiya şirkəti olan “Digital Sky Technologies” Facebook-a 200 milyon dollar həcmində sərmayə qoyub. Ötən il “Goldman Sachs” və “DST” bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar.

- Facebook-a sərmayə qoyan ilk insanlardan biri PayPal-un yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdır.

- Kanadada IBM-in 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə Facebook səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya idi.

- Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün Facebook-dan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçinin səhifəsində yerləşdirilmiş “məhkəməyə çağırış vərəqəsi” hüquqi cəhətdən məcburi hesab olunur.

- “Facebook” üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.

II.Əbdülhəmidə qarşı “Ulduz” sui-qəsdi

Yildizmahaports

BOMBA PARTLAYIŞI ANINDA ULDUZ HAMİDİYYƏ MƏSCİDİNİN QARŞISI
Daşnaqların Türkiyədəki son sui-qəsd təşəbbüslərindən biri də II.Əbdülhəmidə qarşı həyata keçirdikləri sui-qəsddir. Papazyan deyirdi ki, “Türkiyə erməniləri sonuncu dəfə belə bir əməliyyat həyata keçirdilər. Bu Daşnaqsütunun təntənəli, lakin sonu müvəffəqiyyətsizliklə sonuçlanan adi təşəbbüslərindən biri idi. Daşnaqların müvəffəqiyyəti ermənilərin heç bir xeyrinə olmazdı, lakin müvəffəqiyyətsizlikləri sözsüz ki, erməni xalqını böyük bir faciədən xilas etmişdir”. Xristofor Mikailyan ilə birlikdə arnavudköylü Vram Şabuh Kəndiryan, Belçikalı Joris və həyat yoldaşı, yarı yunan Silvio Rişçi, Almaniyada doğulmuş və orada böyümüş Lipa-Rips, Torkom (Artaş Haçik Kapitanyan), Safo (Konstantin Kabulyan), Mari Zayn, Garo (Hamparsum Ağacanyan), Kris Fənərçiyan, Aşot (Karlo Yovanoviç) və bir neçəsi Qafqazdan və Avropadan gəlmiş məşhur və peşəkar sui-qəsdçilər İstanbulun mərkəzində toplanaraq sui-qəsdin planlarını qurmağa başladılar. İlk vaxtlar sui-qəsdçilər Polonezköyə gedərək orada 12 bomba partaldaraq sınaq testləri həyata keçirmişdir. Xristofor Mikailyan rus yəhudi biznesmen pasportu sayəsində Rusiya səfirliyindən aldığı diplomatik forma daşıyan tövsiyyə məktubu ilə bir neçə dəfə Səlanik tədbirlərinə getmiş, orada sərbəst dolaşaraq sui-qəsd üçün faydalı ola biləcək incələmələr həyata keçirmişdir. Onların planı o idi ki, padşah təyin olunmuş yerdən keçərkən üstünə bomba atsınlar. Lakin Səlanikdə yollara qum tökülməsi səbəbi ilə bu plan ləğv olundu. Çünki qumluq sahədə bombanın partlamama ehtimalı var idi. Daha sonra Ramazan ayının on beşinci günündə yolda iki adamın tapança ilə padşaha atəş açılması təklifi irəli sürülmüşdü. Planın müəllifi Joris idi və o, Ulduz sarayından Dolmabaxçaya qədər olan yolun üstündə bir ev kirayələməyi təklif edirdi. Təyin olunan vaxt sui-qəsdçilər əllərində silah sultanı gözləməyə başlamışdılar. Lakin bu dəfə isə sultan Çırağan sarayına Ulduz sarayının içindəki parkdan keçərək getmişdi. Bununla da komitəçilərin bu planı də müvəffəqiyyətsizliyə uğradı. Nəhayət komitəçilərin xarici qonaqların da olduğu məkanda bomba partlatmaq və bomba yüklü bir araba (fayton) partlatmaqla əməliyyatı həyata keçirməyi qərara aldılar və bunun üzərinə xeyli taktikalar, hesablamalar etməyə başladılar. Qərara alındı ki, güllələr xarici ölkədə hazırlansın və testlər də xarici ölkədə icra olunsun. Əməliyyatın əsas rəhbərlərindən olan Xristofor Mikailyan hər dəfə Ulduz sarayına gedərək Sulatn Əbdülhəmidin məscidə hansı saatlarda getdiyini gözətləmiş, araba ilə məscid arasında nə qədər məsafənin olduğunu addımları ilə ölçmüş, saat ilə də vaxtı hesablamışdı. Beləliklə, Yıldız Hamidiyyə məscidinin həyətində xarici ölkə nümayəndələrinin arabalarının arasında gizlənərək padşaha ən yaxın olan avtomobilin içinə saatlı bomba qoyub onu partladaraq onun və ətrafındakı insanların yox edilməsi planlaşdırılmışdı. Bunun üçün sürücünün oturacağı yerə 120 kq tutumu olan dəmir sandıq düzəltdirilmişdi və bombanın partladılması üçün 1 dəq 42 saniyəlik saatlı bomba quraşdırılmışdı. Arabanı Komitə üzvü olan, köhnə professional qatil Zare Xaçikyanın idarə etməsi planlaşdırılmışdı. 18 iyul tarixində partlayıcı maddə arabaçının oturacağının altına qoyulmuş və içərisinə 500 kapsula da yerləşdirilmişdi. Hər şey hazırlandıqdan sonra 21 iyul 1905-ci il, cümə günündə Salamlıq rəsmindən sonra (Salamlıq rəsmi – padşahın hər cümə namazından sonra qarşısında hərbi qarovolun və elm xadimlərinin həyata keçirdiyi təntənəli keçiş) Əbdülhəmid saraya dönən zaman məscidin önündə partladılmışdı. O gün məsciddən çıxdıqdan sonra Əbdülhəmidin şeyxülislamla görüşməsi və bu səbəbdən bir – iki dəqiqə gecikməsi sui-qəsdin müvəffəqiyyətsizliklə sonlanmasına gətirib çıxarmışdı. Hadisə ilə əlaqədar geniş istintaq prosesi başladılmışdə və nəticədə Avstriya təbbəəsinə mənsub belçikalı Eduard Joris adlı bir şəxs edama məhkum edilmişdi. Lakin o cəmi 2 il həbs yatdı və ir müddət sonra həbsxanadan Saraya gətirilən Joris ermənilərin əleyhinə çalışmaq məqsədi ilə ayda 500 lira maaş kəsilməklə Avropaya Osmanlı agenti olaraq göndərilmişdir. Bu sui qəsd nəticəsində 26 dan çox insan həlak olmuşdur. Ölənlər arasında xarici ölkələrin nümayəndələri də var idi.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin mühafizə şərtləri


Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini Azərbaycan tərəfi aşağıdakı qaydada təmin edir:
a) Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin inzibati binalarının (ofislərin) təhlükəsizliyi qarşılıqlı prinsiplər əsasında ödənişsiz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Diplomatik nümayəndəlikləri mühafizə taboru tərəfindən mühafizə olunur. Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sistemi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.
b) Qarşılıqlı prinsiplər əsasında mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq polis idarələri tərəfindən post-patrul üsulu ilə mühafizə olunur. Daimi polis postu ilə mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq idarəsi ilə müqavilə bağladıqdan sonra ödənişli əsaslarla mühafizə oluna bilər. Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir. Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sistemi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.

“Köhnə Diplomatiya” və onun beş əlaməti


Diplomatiya tarixinin öyrənilməsi göstərir ki, hər bir dövlət eyni diplomatik vasitələrdən istifadə etməmişdir və istifadə etdiyi hər bir vasitəyə eyni əhəmiyyət verməmişdir. Bəzi dövlətlər diplomatiyaya daha çox əhəmiyyət vermiş, bəziləri isə onun əhəmiyyətini kifayət qədər qiymətləndirməmişlər. Diplomatiyanın tarixinə nəzər saldıqda dövlətlərin müxtəlif diplomatiyalarının olmasını görmək olar.
Ədəbiyyatda köhnə və yeni diplomatiya arasında fərq aparılır və köhnə diplomatiyaya bəzən diplomatiyanın fransız metodu da deyilir- Nikolsona görə, tarix boyu diplomatik təcrübənin inkişafına uç diplomatik metod təsir göstərmişdir: yunan, italyan və fransız metodları. Fransız metodu köhnə diplomatiya kimi tanmır. Bu me­tod Rişelyenin adı ilə bağlıdır. XVII əsrdən XX əsrin əvvəllərinədək bütün Avropa dövlətləri fransız metodunu qəbul etmişlər. Diplomatiyanın fransız metodunun, yəni köhnə diplomatiyanın beş əlaməti vardır.
1.Köhnə diplomatiyanın birinci əlamətinə əsasən Avropa ən mühüm qitədir. Asiya, Afrika, Latın Amerikası isə Avropa dövlətlərinin kommersiya, imperialist ekspansiyasınm zonaları kimi qələmə verilir. Diplomatiya yalnız Avropa dövlətləri arasında tətbiq edilir. Digər qitələrlə münasibətdə diplomatiyanın yerinə güc tətbiq edilir. Başqa sözlə desək, köhnə diplomatiyanın birinci əlamətinə əsasən, yalnız Avropa dövlətləri öz aralarında yaranan problemlemləri danışıqlar vasitəsilə həll edə bilərlər.
Köhnə diplomatiya özünün bu əlamətinə görə məhdud idi və yalnız bir neçə ölkə onun iştirakçısı idi (ABŞ 1897-ci ilədək təcrid olunmuş vəziyyətdə idi);
2. Köhnə diplomatiyanm ikinci əlaməti onun birinci əlamətinin məntiqi davamı idi. Onun ikinci əlamətinə əsasən, kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə roluna əhəmiyyət verilmirdi. Kiçik dövlətlər yalnız böyük dövlətlərə müharibə vaxtı və уа müharibə ərəfəsində hərbi resurslarını, döyüş aparmaq üçün ərazilərini, təbii sərvətlərini təklif etdikdə, onların əhəmiyyəti artırdı. Kiçik dövlətlərin hərbi cəhətdən zəif olmalari onları diplomatik cohətdən də zəif edirdi. Buna görə də onlar dünya siyasətində müstəqil siyasət aparmağa qadir deyildilər. Böyük dövlətlər, adətən, onların maraqlarını nəzərə almırdılar;
3. Köhnə diplomatiyanın üçüncü əlamətinə əsasən böyük dövlətlər kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə özlərini aparmaqlarına və ümumilikdə sülhün qorunmasına görə məsuliyyət daşıyırdılar. Balkan müharibələri vaxtı Avropanm böyük dövlətləriori birlik-də kiçik dövlətlər. arasındakı münaqişəyə müdaxib etmişdilor. Bu müdaxilə 1913-cü ildo Londonda çağnlmış böyük dövlətləri səfırlərinin konfransı formasında baş vermişdir. Bu konfrans köhnə dip­lomatiyanın tətbiq edilməsinin son və әn uğurlu bir təcrübəsi idi. Konfransın əhəmiyyəti ondan ibarət idi ki, о, beynəlxalq münasibətlər sahəsində kiçik bir böhranın böyük bir böhrana keçməsinin qarşısını aldı.
4. Köhnə diplomatiyanın dördüncü əlaməti hər bir Avropa ölkəsində peşəkar diplomatik xidmətin təsis edilməsindən ibarət idi.  Diplomatik xidmətdə çalışanların demək olar ki, hamısı eyni biliyə və təcrübəyə malik idilər. Onlar səylərini müharibənin qarşısının alınmasına yönəltmişdilər. Diplomatlar təmsil etdikləri dövlətlərdən bir qədər müstəqil şəkildə fəaliyyət göstərərək müharibənin qarşısını almaq üçün birlikdə əllərindən gələni edirdilər. Məsələn, 1913-cü ildə Fransanın, Rusiyanın, Almaniyanın, İtaliyanın və Avstriyanın səfirləri tərəfindən Balkan böhranının qarşısının alınması onunla izah olunurdu ki, bu səfirlər bir-birinə inanırdılar (baxmayaraq ki, onların təmsil etdikləri dövlətlərin aralarında konkret nıübahisəili məsələlər var idi) və onlann һәr biri müharibənin əleyhinə çıxış edirdi;
5. Köhnə diplomatiyanın beşinci əlaməti belə bir qaydada özünü birüzə verirdi: danışıqlar gizli aparılmalıdır. Diplomatiyanın gizli xarakteri xalqın danışıqların məzmunundan xəbərdar olmamasını və onun danışıqlara hər hansı bir formada təsir etməsinin qarşısının alınmasını nəzərdə tuturdu. Diplomatiyanın gizli xarakteri belə bir arqumentə əsaslanırdı: danışıqlar zamanı qarşı tərəflər bir-birinə müəyyən güzəştlər edirlər. Lakin, adətən, xalq qarşılıqlı güzəştləri birtərəfli güzəştlər kimi, yəni qarşı tərəfə münasibətdə edilən güzəştlər kimi qəbul edir. Nəticədə dövlətin daxilində narazılıq artıq və danışıqlar pozulur. Gizli diplomatiyanın əsas üstünlüyü onda idi ki, danşıqlar ardıcıl bir proses formasında həyata keçirilirdi. Köhnə diplomatiyanın gizli xarakteri tərəflərə fikirləşmək üçtin kifayət qədər vaxt verirdi. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə onlar müəyyən vaxtdan sonra danışıqları davam etdirə bilərdilər, çünki danışıqların məzmunu əhaliyə bəlli olmurdu və əhali diplomatlara bu və уа digər qərarın qəbul edilməsində təzyiq edə bilmirdi.
Mənbə: A. Abbasbəyli – “Beynəlxalq Münasibətlər Nəzəriyyəsi”

Pakistan, Hindistan və Çinin Kəşmir siyasəti. Strateji dərinlik savaşı.


kashmir_disputed_2003 

İkinci dünya müharibəsinin sona çatmasilə Böyük Britaniya müstəmləkələrində də azadlıq hərəkatı başlanıldı. Böyük Britaniyanın müharibədən xeyli ziyanla çıxması, azadlıq hərəkatının geniş vüsət aldığı Hindistana və digər ölkələrə əsgər göndərə bilməməsi onu güzəştə getməyə məcbur etdi. Nəticədə, Böyük Britaniya “Indian Independece Act” (1947) sənədini qəbul etdi. Cinnənin rəhbərlik etdiyi müsəlman əhali yaşayan qərbi Hindistan ayrılaraq Pakistan adı altında müstəqil oldu. İngiltərə həmçinin bu aktla yerdə qalan 562 knyazlığa sərbəst olaraq Pakistana və ya Hindistana birləşmək hüququ verdi. Cammu Kəşmir əyalətini həmin vaxt hind hərbçisi və dövlət nümayəndəsi Hari Sinqx idarə edirdi. Əhalinin böyük hissəsinin müsəlman olmasına rəğmən əhali 1947-ci ildə Hindistana birləşməni əks etdirən müqaviləni (Instrument of Accession) imzaladı. Bu hadisədən sonra uzun müddət davam edəcək və bir çox insan ölümünə səbəb olacaq Kəşmir münaqişəsi alovlandı. Hindistanın Kəşmiri ilhaq etdiyini elan etməsi ilə hərbi əməliyyatlar başladı. Kəşmir əyalətinin ən böyük hissəsi Hindistan idarəçiliyində olan Cammu Kəşmir bölgəsidir. Pakistan apardığı hərbi əməliyyatlarda isə yalnız Azad Kəşmir, Gilgit və Baltistan ərazilərini öz nəzarəti altına ala bilmişdir. Hərbi əməliyyatlar gedən ərəfədə Hindistan məsələni BMT TŞ-yə çıxardı. BMT TŞ-nin qəbul etdiyi 47 saylı qətnaməyə əsasən hər iki qoşun ərazini tərk etməli, bölgədər referendum keçirilməli və sərbəst seçim etməlidirlər. Pakistan bu qətnaməni əsas tutaraq tələblərini dilə gətirsə də, Hindistan qətnaməyə əməl etməmiş, bölgədə referendum keçirilməsinə şərait yaratmamışdır. Bundan əlavə, 1962-ci ildə Hindistanla Çin arasında baş vermiş sərhəd toqquşmaları nəticəsində Hindistan məğlub olmuş,  Çin Kəşmirin bir hissəsi olan Aksai Chin bölgəsinə nəzarəti ələ keçirmişdir və bununla da Hindistanın Çinlə yeni bir Kəşmir münaqişəsi başlamışdır. Lakin Çin tərəfi Aksai Chin bölgəsinin heç vaxt Hindistanın və Kəşmirin bir parçası olmadığını bəyan etmişdir.
1965 və 1971-ci illərdə təkrar hərbi əməliyyatlar başlamış, lakin məsələ yenə də çözülməmiş olaraq qalmışdır. 1971-ci il müharibəsində Hindistan Pakistanı məğlub etmiş, nəticədə Pakistanın “Şərqi Pakistan” əyaləti Banqladeş adı altında müstəqil bir dövlətə çevrilmişdir. Bu müddətdə Hindistan yeni yaranmış dövlətə maksimum dəstək verərək bölgədə bir çox üstünlüklər qazanmağa nail olmuşdur. Bu dövrdən etibarən hər iki ölkənin gəldiyi ortaq qərara əsasən atdıqları hər bir addımda BMT normalarını əsas götürəcəklərini bəyan etdilər.
1989-cu ildə Cammu Kəşmirdə Hindistana qarşı geniş xalq kütlələrinin üsyanı başladı. Pakistan əhalinin əksəriyyəti müsəlman olan əyalətin əhalisini asanlıqla Hindistana qarşı çevirə bildi. 1947, 1965, 1971 və 1999-cu ildəki toqquşamalar zamanı Pakistan ordusunun Hindistanla müqayisədə zəifliyi ciddi şəkildə hiss olunmağa başladı. Pakistan Hindistanın nüvə silahını nəzarətdə saxlamaq və bölgədəki gücü balanslaşdırmaq məqsədilə nüvə fəaliyyətinə başlamış və buna nail olmuşdur. 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi və ABŞ-ın Pakistan ərazisini Sovetlərə qarşı bir hərbi düşərgəyə çevirməsi, mücahidlərin Pakistanda təlim alması Pakistan mühitinə də təsirsiz ötüşmədi. Nəticədə, Pakistan dövlət rəhbərləri terror təşkilatları vasitəsilə Kəşmirə müdaxiləyə başladı və güclü Hindistan ordusunda çaxnaşma yaratmaq məqsədilə partizan müharibəsinə (Proxy War) başladı. Nəticədə, Kəşmirdə Hindistan ordusuna yönəlik terror təxribatları 1990-cı ildən sonra daha çox vüsət almağa başladı. Həmin dövrdə Pakistan Əfqanıstanı da nəzarət altına almaq üçün Talibanı yaratmış və Pakistan kəşfiyyatı ISI onlara hər cür texniki dəstəyi göstərmişdir. Kəşmirdə Hindistan ordusuna qarşı təxribatlar həyata keçirən şəxslər özlərinə “fədailər” adını vermişdilər. İlk vaxtlar yalnız təxribatla məhdudlaşan əməliyyatlar daha sonra yerini, 24 və 72 saatdan artıq sürən silahlı toqquşamalara verdi. Daha çox orduya və polisə aid məntəqələr hədəf seçilirdi, lakin bir müddət sonra terrorçular mülki şəxsləri də hədəfə almağa başladılar. Həmin dövrdə Kəşmirdə ən güclü müsəlman qrup “Hezb əl-Mucahidin” sayılırdı. Lakin bu fədailərin onlarla bir bağlılığı yox idi. Lakin daha sonra əməliyyatlarının hamısını “Ləşkər-i Tayyibə” silahlı qruplaşması öz üzərinə götürdü. Silahlı qruplaşmanın mərkəzi Pakistanda idi və rəhbərliyi də pakistanlın ruhanilərdən təşkil olunmuşdu. Hindistanın Pakistana cavabı çox sərt oldu və BMT-yə Pakistanı terrorizmi dəstəkləyən ölkə olaraq şikayət etdi. Hindistan rəhbərliyi bölgədə stabilliyi saxlamaq məqsədilə ciddi diktatura rejimi qurdu. Cammu Kəşmir açıq səma altında həbsxanaya çevrildi. Ordu hər şeyə nəzarət etməyə başladı. Gecələr küçəyə çıxmaq qadağan edildi. Şübhələndikləri hər bir şəxsi hüquqi əsas olmadan həbs etdilər, işgəncə verdilər, hətta edam etdilər. Cammu Kəşmir əyalətində hökümətin qurduğu ciddi hərbi rejim bir çox demokratiya və hüquq pozuntularına gətirib çıxardı. Lakin Hindistan höküməti bölgədə heç bir güzəştə getmədi. 1987-ci ildə Cammu Kəşmirdə baş verən üsyan Hindistanı “daxili təhlükəsizlik qanunu”nu qəbul etməyə məcbur etdi. Qərara əsasən, bölgədə orduya və polisə geniş səlahiyyət verilirdi. Kəşmir üsyanını həyata keçirən qrup özlərini “Kəşmir Azadlıq Döyüşçüləri” adlandırır və Pakistan radikal dinçi təşkialtları ilə heç bir bağlantılarının olmadığını vurğulayırdılar. Ancaq təşkilat daha sonra Pakistandan texniki dəstək aldığını etiraf etmişdir.
1999-cu ildə hər iki tərəf arasında tarixə Kargil müharibəsi adı ilə düşmüş hərbi əməliyyatlar başladı. Bölgə ilk dəfə idi ki, nüvə müharibəsi ilə üz-üzə qaldı. ABŞ dövlət rəhbəri Bill Klintonun Pakistan rəhbərliyinə göstərdiyi təzyiqlərdən sonra Pakistan güzəştə getməyə məcbur olmuş və qoşunlarını tutduğu ərazidən geri çəkərək danışıqlara başlamışdır.
11 iyun 2010-cu ildə Kəşmirin mərkəzi şəhərlərindən olan Srinaqarda geniş xalq kütlələrinin başladığı mitinq polislə sakinlərin qarşıdurmasına gətirib çxıardı. Polis mitinqi dağıtmaq üçün xalq kütlələri üzərinə atəş açdı. Nəticədə, 17 insan həlak oldu, 40-dan çox şəxs isə yaralandı.
BMT layihəsinə görə bölgədən hər iki ölkənin qoşunları çıxarılmalı və xalqa referendum keçirmək hüququ verilməli idi. Pakistan buna tərəf olsa da, Hindistan qətiyyən rədd edir. Çünki bölgənin 70%-ə yaxın əhalisinin müsəlman olması referendumun nəticəsini bəri başdan müəyyən edir. Həmçinin, 2010-cu ildə bölgədə sorğu keçirilmiş, 75% – 95% əhali Kəşmirin müstəqil dövlət olmasını arzulamışdır.
KƏŞMİRDƏ ÇİN FAKTORU
Çin tərəfinin iddialarına görə Kəşmirin bir parçası olan Aksai Chin bölgəsi heç vaxt Hindistanın bir parçası olmamışdır. Hələ 1950-ci ildə Çin Tibetdə başlayan xalq üsyanını yatırmaq üçün bu bölgədən keçmiş və üsyanı yatırmışdı. Hətta 1954-cü ildə Çin yarımçıq qalmış yolun çəkilməsi prosesini davam etdirmək üçün Hindistan hərbi birliklərinin bölgədən çəkilməsini tələb etmişdi. Çinin təhqiramiz tələbi Hindistanda etirazla qarşılanmış, xırda toqquşmalar olmuşdu. Hindistan tərəfinin iddialarına əsasən isə Aksai Chin heç vaxt Çin hakimiyyəti altında olmamış, Hindistanın – Kəşmirin bir parçası olmuşdur. Nəticədə, 1962-ci ildə Çinlə Hindistan arasında hərbi əməliyyatlar başladı. Hindistan məğlub oldu və geri çəkildi. Çin Aksai Chin bölgəsini nəzarət altına aldı. Həmçinin, 1963-cü ildə Qaraqorum bölgəsində yer alan Şaksgam vadisini Pakistandan danışıqlar yolu ilə alaraq öz ərazisinə qatması Hindistan tərəfindən ciddi etirazla qarşılandı.
1962-ci ildən etibarən Çin Kəşmir münaqişəsində Pakistanı dəstəkləməyə başladı. Həmçinin, 1964-cü ildə Çin nüvə silahı testini həyata keçirərək dünyanın 5-ci nüvə dövləti oldu.
1964-cü ildə Hindistan Kəşmiri özünün vahid və bölünməz hissəsi olduğunu elan etdi. Nəticədə, 1965-ci ildə ikinci Pakistan – Hindistan müharibəsi başladı. Pakistanın Kəşmirə girməsinə baxmayaraq Çin müharibəyə sərt reaksiya verdi. Nəticədə, hər iki tərəf atəşkəs haqda saziş imzalamağa məcbur oldu. Çin həmin dövrdə Pakistanla sıx iqtisadi əlaqələr qurmuşdu. Çin Pakistan vasitəsilə Bəsrə körfəzindən ölkəyə neft gətirilməsi üçün Pakistan ərazisində dəmir yolları tikintisinə davam edirdi. Buna görə də bölgənin stabilliyi Çin üçün xüsusi önəm kəsb edirdi.
NƏTİCƏ:
Hal – hazırda bölgədə əvvəlki kimi toqquşmalar olmasa da durum yenə də gərgin olaraq qalır. Hindistanın bölgədə 1,5 milyondan artıq hərbi gücünün qarşısında Pakistanın kölgə savaşını həyata keçirən qəbilələr durumu daha da çətinləşdirir. BMT qətnaməsinə rəğmən Hindistan bölgədə referendum keçirmir, Pakistan isə şiddət təxribatlarına davam edir. Bunun nəticəsidir ki, Kəşmir Hindistanın ən zəif inkşaf etmiş bölgəsi olaraq qalmaqdadır.
Məqalənin müəllifi: Şahin Musavi
ƏDƏBİYYAT:
  1. Samuel Hantinqton – “Sivilizasiyaların toqquşması”
  2. Ahmet Davutoğlu – “Srateji Derinlik”
  3. Tayyar Arı (1986), “Uluslararası Sistem Teorisi Açısından 1947-1972 Hindistan-Pakistan Çatışmasına Bir Yaklaşım”
  4. Sunanjan Das “Kashmir & Sindh Nation Building, Ethnicity and Regional Politics in South Asia”

Şimali Koreya haqqında bilmədiklərimiz


Çox insanın bildiyi kimi Şimali Koreya “özünəməxsusluğu” ilə digər ölkələrdən seçilir, ancaq az-çox bu haqda məlumatımız olsa da, bu bilgini artırmaq lazımdır. Bilmədiklərimizi birlikdə öyrənək. 
Şimali Koreya hökuməti insanlara bir çox yalanlar danışır. Məsələn, “Cənubi Koreya ABŞ işğalı altındadır”, “Dünyada ən yaxşı ölkə Şimali Koreyadır”, “Digər ölkələrdə aclıq və səfalət daha çoxdur” və s.
Şimali Koreyada hər 5 ildən bir demokratik şəkildə seçkilər keçirilir, ancaq əhaliyə tək seçim şansı verilir, o da Kim Yong Un-dur. 
🙂Şimali Amerikalılar bu yazını görə bilməyəcəklər, ona görə yox ki bizi tanımırlar. Səbəb budur ki, Şimali Koreyada internet qadağan olunmuşdur, ancaq bir neçə dövlət saytları işləyir. Hələ bu hamısı deyil, sizin kompüter istifadə edib etməyəcəyinizə dövlət qərar verir.
Ölkədən xaricə getmək cinayət sayılır, ncaq istisna hallarda icazə verilə bilər. Şimali Koreyadan qaçıb Çinə sığınmaq istəyən şəxslər tapılıb edam edilir. Belə gözəl ölkədən vətəndaş niyə qaçsın ki? 
🙂Bəzi şəxslər istisna olmaqla digər vətəndaşlar üçün başqa ölkəyə zəng etmək qadağandır. Buna cəhd edən olarsa, ölümlə cəzalandırılır.
Ölkə məktəblərində riyaziyyat kimi fənnlər keçirilsə də, əsas mövzu tarixdir. Kim ailəsi haqqında hər bir dərsdə danışılır və insanlar hakimiyyət başçılarının müqəddəs olduğuna inandırılıb. Vətəndaşlar inanır ki, Kim Yong-Un istədiyi vaxt yağış yağdıra bilər.
Ölkə əleyhinə olan bir şəxs aşkar edildikdə, o xüsusi düşərgəyə göndərilir. Fikirləri dəyişmədiyi halda yaşamaq haqqı əlindən alınır. Bu düşərgələrin birində ana uşağı ağladığı üçün onu öldürmək məcburiyyətində qalmışdır.
Şimali Koreya xalqına görə “Cənubi Koreya” anlayışı yoxdur. Dünyada bir Koreya var. Ölkə rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası adlandırılır.
Ümid edirəm, bu postumuzdan sonra cənab Kim Yong bizi də edam etdirməz. Adını səhv tələffüz edən, yazan şəxs də cəzalandırılır.
Əziz dostlar! Məni "Twitter"də izləmək üçün:- 7eynal
Yeni xəbərlərdən İLK Sən xəbərdar ol!